Telman İsmayılovun milyardlıq oteli su qiymətinə satıldı (FOTO)
2-11-2015, 16:32
Oxunub: 11 364
Azərbaycanlı iş adamı Telman İsmayılova məxsus "Mardan Palace" satılıb
BAKU.WS-in məlumatına görə, Antaliyada inşa olunmuş 7 ulduzlu otel uzun müddətdən bəri maliyyə çətinlikləri ilə gündəmə gəlirdi. Otelin satışı üçün dünən hərrac keçirilib.
Səhər saatlarında keçirilən hərrac qısa müddətdə nəticələnib. Ümumilikdə 719 milyon lirəyə satışa çıxarılan otel müəyyən edilən dəyərindən 50% daha ucuz satılıb. Tək təklif Türkiyənin "Halk Bank"ından gəlib. Bank, oteli 360 milyon 50 min lirəyə (132 milyon 804 min AZN) satın alıb.
Bu satışdan gələn vəsaitinin 270 milyon lirəsinin (100 milyon AZN) "Garanti Bankı"na ödənilməsi gözlənilir.
Xatırladaq ki, möhtəşəm otelin inşaasında 10 min kvadrat metr qızıl, 500 min kristaldan istifadə edilib. "Mardan Palace" İstanbulun tarixi binalarından ilhamlanaraq tikilib. 23 may 2009-cu ildə istifadəyə verilib. Otelin açılışına dünya ulduzları qatılıblar.
1200 nəfərə xidmət edən oteldə 11 restoran, 11 kafe bar, 1200 nəfərlik bal salonu var. Otelin açılış mərasiminə Paris Hilton, Monika Bellluci, Merak Kerri, Mel Gibson kimi ulduzlar da qatılıb.
Otelin adı bundan öncə də borc qalmaqalında hallanıb və hərraca çıxarılacağı xəbərləri yayılıb. Lakin AST Telman 100 milyonluq borcu ödəcəyini bildirirək satışı dayandıra bilib.
Bolgexeber.com






Çox Oxunanlar
- 18-01-2025, 17:50 : Ərdoğandan daha bir XƏBƏRDARLIQ
Dünya / Xəbərlər
- 1-02-2025, 17:22 : ABŞ paytaxtını siçovullar basdı
Dünya / Xəbərlər
- 8-02-2025, 17:31 : Təyyarə qəzası zamanı həlak olanlara ev veriləcək?
Xəbərlər / Ölkə
- 25-01-2025, 16:57 : Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb
Dünya / Xəbərlər
- 24-01-2025, 17:54 : İstanbulda daha bir güclü yanğın baş verib
Dünya / Xəbərlər
- 15-01-2025, 17:57 : Hava ilə bağlı XƏBƏRDARLIQ
Xəbərlər / Ölkə
- 13-01-2025, 16:07 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Gülgəzli kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 15-01-2025, 14:13 : Ronaldo bu klubun şərikli sahibi olacaq
İdman
- 15-01-2025, 16:49 : Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib
Bölgə / Xəbərlər
- 21-01-2025, 17:54 : Əli Əsədov Cövdət Yılmaza başsağlığı verdi
Siyasət / Xəbərlər