İstintaq qrupu Ukrayna və braziliyalı gözəlləri necə “ac qoyub?”
5-11-2015, 16:18
Oxunub: 5 595
Mahmudov komandasının pulları hesabına maddi baxıman heç bir korluq çəkməyən əcnəbi gözəllər özlərinə yeni sponsorlar tapana kimi ac qalmalı olacaq
Bugünlərdə Moderator.az-a sabiq MTN rəhbəri Edar Mahmudov və onun komandası ilə bağlı şok informasiya daxil olub. E.Mahmudov və onun komandasının əyləncələrə, kef-damaq məclislərinə xərclədiyi milyonlarla bağlı redaksiyamızı bilgiləndirən özəl mənbə, ölkənin ən qudurğan məmurlarını belə şoka salacaq fikirlər səsləndirib. Belə ki, mənbə dövlət əmlakını çapıb-talayan, iş adamlarının, dövlət məmurlarının şantajı hesabına milyonlar qazanan Mahmudovçuların öz əyləncə məclislərinə Ukraynadan ağbəniz, Braziliyadan isə qaradərili qızlar dəvət etdikərini bildirib. Mənbənin sözlərinə görə, xalqın böyük kəsiminin bir qarın çörəyə möhtac olduğu dövrdə Ukrayna və braziliyalı qadınlara milyonlar xərcləyən Mahmudov komandası Roma imperatorlarının belə həsəd apara biləcəyi əyləncə məclisləri, ziyafətlər təşkil edib. Bu ziyafətlərdə bəzi MTN generalları ilə yanaşı E.Mahmudovun tikinti işlərini aparan, şəxsi biznesini idarə edən bir sıra şəxslər də iştirak edib.
Mənbənin bildirdiyinə görə, “MTN işi”nin meydana çıxması ilə vəziyyətə nəzarəti ələ alan istintaq qrupu “Mahmudovlar erası”na son qoymaqla Ukrayna və braziliyalı gözəlləri də “ac qoyub”. Belə ki, artıq öz canlarının hayanda olan sabiq nazirin komandası bu gün bütün diqqətini qarşıdakı həbsxana həyatı və onun məhrumiyyətlərinə yönəldib. Bu isə o deməkdir ki, uzun müddət Mahmudov komandasının pulları hesabına maddi baxıman heç bir korluq çəkməyən əcnəbi gözəllər özlərinə yeni sponsorlar tapana kimi ac qalmalı olacaq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər