ABŞ vətəndaşı lotereyada 640 milyon dollar udub
31-03-2012, 11:55
Oxunub: 5 825
Bu, lotereyalar tarixində ən böyük miqdarlı uduşdur
ABŞ-da dünya tarixində ən böyük miqdarda “cek-pot” udulub. Yerli mətbuatın yazdığı məlumata görə, ölkədə keçirilən “Mega Millions” lotereyasının 640 milyon dollarlıq “cek-pot”unu Merilenddə alınmış bilet udub. Bu, lotereyalar tarixində ən böyük uduş hesab olunur.
“Cek-pot”u kimin udduğu məlul olmasa da, təşkilat komitəsi vergilər ödəndikdən sonra həmin şəxsə 350 milyon dollar nağd pul ödənəcəyini açıqlayıb. “Cek-pot”un 640 milyon dollara çatması yanvarın sonlarından bəri bu lotereyada heç kimin əsas uduşu udmaması ilə bağlıdır. Əgər bu həftə də “Cek-pot” uduşa düşməsə, gələn həftə onun miqdarı 950 milyon dollar təşkil edəcəkdi. Təşkilat komitəsi bu həftə 1,5 milyard dollarlıq bilet satıldığını açıqlayıblar. Hər biletin “Cek-pot”u udma şansı 1-in 176 milyona nisbətində olub.
Buna qədər dünyada udulan ən böyük məbləğli “cek-pot” 390 milyon dollar olub. 2007-ci ildə udulan bu uduş iki nəfər arasında bölünüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər