BolgeXeber.Com » Dünya » Futbolda görünməmiş olay: - Prezident bezdiyi üçün oyunu yarımçıq saxladı
Futbolda görünməmiş olay: - Prezident bezdiyi üçün oyunu yarımçıq saxladı
1-12-2015, 19:31
Oxunub: 4 869
Mavritaniya Superkubokunun "Tevraq-Zeyna" və "Ksar" matçında dünyada görünməmiş hadisə baş verib
Qaynar.info xəbər verir ki, oyunu stadiondan izləyən Mavritaniya prezidenti Mohammed Uld Abdel-Aziz matça baxmaqdan bezdiyindən, qarşılaşma 63-cü dəqiqədə yarımçıq dayandırılıb. O bildirib ki, oyunda sürət çox aşağıdır, ona görə də matçı davam etdirməyin mənası yoxdur. Digər mənbə isə onu bildirir ki, ölkə başçısı Mavritaniyanın fransızlardan xilas olmasının 55 illiyini qeyd etməyə tələsirmiş.
Ona görə də 63-cü dəqiqədə yarımçıq dayandırılan matçda qalibi müəyyən etmək üçün penalti seriyasına müraciət olunub. Penaltilərdən isə "Tevraq-Zeyna" qalib ayrılıb.
Ancaq Mavritaniya Futbol Federasiyasının prezidenti Ahmed Uld Abderrahman bəyanat yaymaqla ölkə başçısının bu qeyri-adi istəyini gizlətməyə çalışıb: "Mən respublika prezidentinin oyuna müdaxiləsini inkar edirəm. Bu qərar hər 2 komandanın prezidentləri və məşqçiləri ilə razılığa əsasən verilib".
Qeyd edək ki, Mohammed Uld Abdel-Aziz 2009-cu ildən Afrikanın qərbində yerləşən Mavritaniyanın prezidentidir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər