BolgeXeber.Com » Dünya » DƏHŞƏTLİ QƏTL: Futbolçu küçənin ortasında güllələndi - VİDEO

DƏHŞƏTLİ QƏTL: Futbolçu küçənin ortasında güllələndi - VİDEO

11-12-2015, 14:07
Oxunub: 2 770 DƏHŞƏTLİ QƏTL: Futbolçu küçənin ortasında güllələndi - VİDEO“Olimpiya” klubunun və Honduras millisinin futbolçusu Arnold Peralta La Serba şəhərində naməlum şəxslər tərəfindən güllələnib

Publika.az xəbər verir ki, cinayətin soyğunçuluq motivləri əsasında törədildiyi güman edilir. Hadisə yerində 9 giliz aşkarlanıb. Hazırda qətldə şübhəli bilinən kimsə saxlanılmadığı üçün cinayətin tam təfərrüatı naməlum qalır.

Polisin versiyasına görə, futbolçu tamah məqsədiylə öldürülüb. Belə ki, onun cəsədinə baxış keçirilən zaman evdən çıxarkən üstündə olan bəzi əşyalar tapılmayıb.

Arnold 2012-ci ildə Olimpiya Oyunlarında Hondurası təmsil edib. Gələn həftə isə 256 yaşlı futbolçu Kubayla yoldaşlıq görüşündə komandasına kömək etməliydi. Son iki ili Avropada keçirən Peralta “Reyncers”in şərəfini qorumuşdu. Bu ildən isə vətəninə qayıdaraq “Olimpiya” klubuyla anlaşmışdı.
Bolgexeber.com