BolgeXeber.Com » Dünya » İspaniyada 17 yaşlı gənc ölkənin baş nazirinə şillə vurdu -VİDEO

İspaniyada 17 yaşlı gənc ölkənin baş nazirinə şillə vurdu -VİDEO

17-12-2015, 10:31
Oxunub: 4 314 İspaniyada 17 yaşlı gənc ölkənin baş nazirinə şillə vurdu -VİDEO“Bu necə baş verdi?”

İspaniya hökümətinin rəhbəri Mariano Rahoya Pontevedra şəhərində (Qalisiya muxtar vilayəti) gəzinti zamanı 17 yaşlı gəncdən şillə alıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə El Mundo qəzeti yazır.

Gənc oğlan baş nazir ilə şəkil çəkdirmək istədiyini bildirib, lakin yaxınlaşdıqda Rahoyanın üzünə zərbə vurub.

Şahidlər bildiriblər ki, hadisəyə yaxın olan şəhər sakinləri “Əhsən, əhsən” şüarlarını səsləndiriblər. Bundan sonra gənc oğlan baş nazirin sınmış eynəyini yerə ataraq, onun mühafizəçilərindən birinə də zərbə endirib.

Mühafizəçilər gəncin əllərini bağlayaraq onu polisə aparıblar.

Baş nazir isə hadisədən sonra ətrafdakılardan “Bu necə baş verdi?”, - deyə soruşub.
Bolgexeber.com