BolgeXeber.Com » Dünya » Kim Çen Inın yataq şəkli gülüş hədəfində-FOTOLAR

Kim Çen Inın yataq şəkli gülüş hədəfində-FOTOLAR

1-01-2016, 10:26
Oxunub: 8 809 Kim Çen Inın yataq şəkli gülüş hədəfində-FOTOLARQəribə qərarları və qalmaqallarla yadda qalan Koreya Xalq Demokratik respublikasının başçısı Kim Çen In internetdə yayılan qəribə fotoşəkilləri ilə gündəmə gəlib

ANS PRESS-in Britaniya mətbuatına istinadən məlumatına görə, Şm Koreya liderinin əyilərək yatağın keyfiyyətini yoxlayarkən çəkilən şəkli əsasında gülməli fotolar yaratmaq üçün internet istifadəçilərinə çox vaxt lazım olmayıb.

Bir istifadəçi Kim Çen Inı müğənni Mayli Sayrusun klipindəki qəhrəmana çevirib.

Digər fotoda o, “hörümçək adam” kimi ABŞ prezidenti Barak Obamanın kabinetinin tavanında təsvir edilib.

33 yaşlı KXDR başçısını reper Psy-ın cizgi qəhrəmanları ilə bir sırada görən də olub. İnternet istifadəçilərindən bəziləri isə Kim Çen Inı fillərin sırasında, göydələnə çıxan Qodzillanın yerində və quşun belində təsvir edib.
Kim Çen Inın gülüş hədəfinə çevrilən fotoları
Kim Çen Inın yataq şəkli gülüş hədəfində-FOTOLAR

Kim Çen Inın yataq şəkli gülüş hədəfində-FOTOLAR
Kim Çen Inın yataq şəkli gülüş hədəfində-FOTOLAR
Kim Çen Inın yataq şəkli gülüş hədəfində-FOTOLAR
Kim Çen Inın yataq şəkli gülüş hədəfində-FOTOLAR

Şimali Koreya prezidenti Kim Çen In dünyanın ən qəddar dövlət başçılarından biri hesab edilir. Onun ölkəsində verdiyi qəribə qərarlar bütün dünya tərəfindən maraqla izlənilir.

Bir müddət öncə Şimali Koreya lideri paytaxt Pxenyanda yaşayan əcnəbilərə qəribə xəbərdarlıq etmişdi. Xəbərdarlığa əsasən əcnəbilərə Şimali Koreya vətəndaşları ilə öz fləş kartlarının tərkiblərini bölüşmək qadağan edilmişdi. Ölkə vətəndaşlarının böyük əksəriyyəti internetdən istifadə hüququna malik deyil. Onlar USB-nin köməyi ilə filmlər, musiqi və ədəbiyyatla tanış ola bilir. Belə fləş kartlar kiçik olduğundan onları gizlətmək asan olur. Sənəddə deyilir ki, əcnəbilərə Pxenyana məlumat daşıyıcılarının istənilən növləri, həmçinin çap materialları, mobil telefonlar və yaddaş kartları gətirilməsi qadağan edilir.

Kim Çen In 2011-ci ilin dekabrında atası Kim Çen İrin ölümündən sonra hakimiyyətə gəlib. O liderliyə keçərkən ölkədə hesab edirdilər ki, gənc və təcrübəsiz olması səbəbindən Kim Çen In ölkəyə yalnız formal olaraq başçılıq edəcək. Amma o, hakimiyyəti necə əlində saxladığını tezliklə sübut etdi. Yeni prezident rəhbərliyi dövründə 109 yüksək vəzifəli şəxsdən 79-nu yeniləməklə öz prinsiplərini möhkəmləndirib.

Kim çen Inın başına gələn bu gülməli hadisə isə ilk deyil. Bundan əvvəl Böyük Britaniyanın baş naziri Devid Kemeron və Hindistanın baş naziri Narendra Modinin şəkilləri də internetdə gülüş hədəfinə çevrilmişdi.

Devid Kemeronun Twitter səhifəsində paylaşdığı televizora baxarkən çəkdirdiyi şəkil çoxsaylı komik şərhlərə səbəb olmuşdu və gülməli fotolar üzə çıxmışdı.

Kim Çen Inın yataq şəkli gülüş hədəfində-FOTOLAR


Devid Kemeronun sosial şəbəkədə paylaşdığı şəkil

Devid Kemeronun internet istifadəçiləri tərəfindən məsxərəyə qoyulan şəkilləri
Kim Çen Inın yataq şəkli gülüş hədəfində-FOTOLAR
Kim Çen Inın yataq şəkli gülüş hədəfində-FOTOLAR
Kim Çen Inın yataq şəkli gülüş hədəfində-FOTOLAR


Hindistanın baş naziri Narendra Modinin də Twitter səhifəsində paylaşdığı təyyarədən baxarkən çəkilən foto internet istifadəçiləri tərəfindən dəyişdirilərək lağ obyektinə çevrilmişdi.

Kim Çen Inın yataq şəkli gülüş hədəfində-FOTOLAR

Narendra Modinin təyyarədən baxarkən çəkilən fotosu

Narendra Modinin internet proqramı vasitəsilə dəyişdirilən şəkilləri
Kim Çen Inın yataq şəkli gülüş hədəfində-FOTOLAR
Kim Çen Inın yataq şəkli gülüş hədəfində-FOTOLAR
Kim Çen Inın yataq şəkli gülüş hədəfində-FOTOLAR

Amma öz dayısını itlərə yedirərək edam etdirəcək dərəcədə qəddar olan Kim Çen Inın bu şəkillərə reaksiyası necə olacağı çox maraqlıdır. Bu fotoları görərkən ilk stress keçirən və həyatı üçün təhlükə yarandığını hiss edənsə yəqin Şm Koreya liderini ilk olaraq yatağın yanında çəkən fotoqraf olacaq.