Ronaldo: “Messi mənə maaş verməlidir” (FOTO)
21-01-2016, 15:35
Oxunub: 5 409
Portuqaliyalı ulduz “Real Madrid” klubunun hücumçusu Kriştianu Ronaldo əzəli rəqibi Lionel Messidən danışıb
Futbolçu bildirib ki, “Barselona”nın hücumçusu argentinalı Messiyə olan münasibəti mənfi deyil.
“Messi ilə bizim aramızda həmişə yaxşı münasibətlər olub. Son illər biz daha da yaxın olmuşuq. “Qızıl Top” mərasimində səhnəyə çıxan zamanı Messi və Neymar ingilis dilində danışmırdılar. Mən onların tərçüməçisi idim. Sonra isə mən onlara dedim ki, xidmət etdiyim üçün mənə maaş verməlidirlər”, – Ronaldo belə deyib.
Neymar, Messi və Ronaldo
11 yanvarda İsveçrənin Sürix şəhərində keçirilən qala-gecədə ilin ən yaxşı futbolçusu Lionel Messi olub. Argentinalı futbolçu 5-ci dəfə “Qızıl Top”a sahib olub. O, 2009, 2010, 2011 və 2012-ci illərdə dünyanın ən yaxşısı olub.
FİFA-nın “twitter” səhifəsi
Messi sorğuda Kriştianu Ronaldu və Neymarı (Braziliya, “Barselona”) qabaqlayıb. Ronaldo 3 dəfə (2008, 2013, 2014) mükafata sahib çıxıbsa, Neymar ilk dəfə namizəd olub.
Soldan birinci Ronaldo, Messi və həyat yoldaşı Antonella, Neymar
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər