BolgeXeber.Com » Dünya » Məşhur italyan yazıçı Umberto Eko vəfat etdi

Məşhur italyan yazıçı Umberto Eko vəfat etdi

20-02-2016, 10:44
Oxunub: 3 463 Məşhur italyan yazıçı Umberto Eko vəfat etdi O, semiotika sahəsində tədqiqatçı kimi məşhur idi

Məşhur italyan yazıçı 84 yaşında vəfat edib

Umberto Eko 5 yanvar 1932-ci ildə İtaliyada anadan olub. O, 19 fevral 2016-cı il, 22:30 radələrində vəfat edib. Bu barədə məlumatı ailəsi İtaliyanın məşhur Repubblica qəzetinə təsdiq ediblər.

Umbertonun babası atılmış uşaq olub və o dövrdə İtaliyada qəbul olunmuş qaydaya görə ona Ех Caelis Oblatus (yəni “Allahın bəxşişi”) ifadəsinin abreviaturasını soyad kimi veriblər. Turin Universitetində orta əsr fəlsəfəsivə ədəbiyyatını öyrənib. Təhsil aldığı zaman ateizmi qəbul edir və Katolik kilsəsini tərk edir. 1954-cü ildə Turin Universitetini bitirir, tarix və jurnalistika ilə məşğul olur, televiziyada çalışır, qəzetlərdə şərhçi kimi işləyir. U.Eko Milan, Florensiya, Turin universitetlərində estetikadan və mədəniyyət nəzəriyyəsindən dərs deyib. Ölümündən öncəyə kimi Bolonya Universitetinin professoru, fransız Fəxri Legion Ordeninin kavaleri idi. U.Eko həmçinin Ceyms Bondla bağlı məsələləri öyrənən bondalogiya sahəsinin qəbul olunmuş eksperti olub. 1962-ci ildən alman əsilli incəsənət müəlliməsi Renata Ramqe ilə ailəli idi. Bir qızı və oğlu var.

Onun “Qızılgülün adı” (1980), “Fukonun rəqqası” (1988), “Bir gün əvvəlki ada” (1994), “Baudolino” (2000), “Şahzadə Loananın sirli alovu” (2004), “Praqa məzarlığı” (2010) adlı məşhur romanları və onlarla elmi-publisistik məqalələri və kitabları var.

Azərbaycanda onun haqqında yazılmış kitablardan biri yazıçı Nərmin Kamalın "Umberto Eko və Postmodernizm fəlsəfəsi."dir.