BolgeXeber.Com » Dünya » Xəstəsinə təcavüz etdi, jurnalistləri də döydü-Video

Xəstəsinə təcavüz etdi, jurnalistləri də döydü-Video

19-05-2012, 10:40
Oxunub: 6 733 İtaliyanın paytaxtı Romada xəstəsinə qarşı seksual xarakterli hərəkətlər edən həkimin bu hərəkəti gizli kamera ilə çəkilib.

Məlumata görə, təcavüzə məruz qalan qadının “Mediaset-5” kanalına xəbər verməsi ilə jurnalist Cimi Qione və heyəti həkimin müalicə otağına gizli kamera yerləşdirərək qadın əməkdaşlarını onun yanına göndərib.

Həkim isə gələn xəbərləri yalan çıxarmayaraq xəstəsini öpüb və ona qarşı müblaiğəli seksual hərəkətlər edib. Xəstənin etiraz etdiyini görən həkim daha sonra geri çəkilib. Onun hərəkətləri isə gizli kamera tərəfindən qeydə alınıb.

Jurnalistlərin hadisə barədə məlumat almaq üçün həkimin yanına getməsi isə qalmaqala səbəb olub. Qionenin, “Çox dərin müalicə metodunuz var. Qadınları niyə barmaqlayırsınız?” deyə soruşması həkimi hiddətləndirib və o, jurnalistləri otaqdan qovaraq qapını bağlayıb. Amma jurnalistlərin inadı ilə özündən çıxan həkim yumruq-təpiklə jurnalist və operatora hücum edib.

Bu hücumunu küçədə də davam etdirən həkim əlindəki naqillə xəbərçiləri qovduğu vaxt operatoru yıxıb və onun kamerasını sındırıb.

Qeyd edək ki, həkim barəsində “xəstələrinə qarşı seksual xarakterli hərəkət etmək” ittihamı ilə istintaq başladılıb, bundan başqa jurnalistlər də məhkəməyə müraciət edərək həkimdən şikayətçi olublar.

anspress