Yeni planet tapıldı - Foto
23-05-2012, 21:35
Oxunub: 6 721



Günəş sisteminin kənarında Yerdən 4 dəfə böyük planetin olduğu güman olunur.
Son araşdırmalara görə, həmin planet Plutonun arxasındadır. Milli.Az "Scientist"ə istinadən bildirir ki, həddən artıq uzaqda yerləşdiyindən Yerdəki teleskoplarla görünməyən "gözəgörünməz planet" Neptunun arxasındakı səma cisimlərini cazibə qüvvəsi ilə özünə tərəf çəkir.
Planeti Braziliyanın Rio-de-Janeyro şəhərindəki Milli Rəsədxananın əməkdaşı, məşhur astronom Rodni Qomes aşkarlayıb.
Alimlər Neptunun hərəkət orbitinin arxasında dağınıq disk formasında olan kiçik buzlu obyektlərin Günəş ətrafında hərəkət trayektoriyasından yayındıqlarını müşahidə etmişdilər.
Qomesin Günəş sisteminin kənarındakı massiv planetin cazibə qüvvəsini nəzərə alaraq apardığı hesablamalar sonra məlum olub ki, anomal obyektlərin orbitləri müşahidə edilən səma cisimləri ilə üst-üstə düşür.
Bu səbəbdən də Neptun və Plutonun arxasında, Koyper qurşağındakı asteroidlərin də hərəkət sirrini açmaq olar.
Yeni planetə Günəşdən 140 milyard kilometr və ya Yerlə Günəş arasındakı məsafədən 1500 dəfə uzaqdadır.
Günəş sistemi Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran və Neptun planetlərindən ibarətdir.
Pluton isə 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqının qərarı ilə planet statusundan məhrum edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər