BolgeXeber.Com » Dünya » Suriyada bir kənddə 116 ölü, 300 yaralı - Foto

Suriyada bir kənddə 116 ölü, 300 yaralı - Foto

28-05-2012, 10:45
Oxunub: 6 263 BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb

Suriyanın Homs şəhəri yaxınlığındakı Əl-Houla kəndində 116 nəfər öldürülüb, 300 adam yaralanıb. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu BMT-nin Suriyadakı müşahidə missiyasının rəhbəri Robert Mud deyib. O, BMT Təhlükəsizlik Şurasının bu dəqiqələrdə keçirilən iclasında çıxış edib. İclas bağlı qapılar arxasında keçirilir.

BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasının çağırılmasını Rusiya tələb edib. KİV-in məlumatlarında Əl-Houla kəndində baş vermiş faciəyə görə məsuliyyəti Suriya Silahlı Qüvvələrinin daşıdığı iddia edilir. Məlumatlarda bildirilir ki, hökumət qoşunları kəndi ağır silahlarla atəşə tutublar. Fransa və İngiltərə tərəfindən BMT Təhlükəsizlik Şurasında yayılmış bəyanat layihəsində deyilir ki, Suriya ordusu mülki əhalinin yaşadığı rayonlar ağır silahlardanq atəşə tutulur, nəticədə qadınlar və uşaqlar həlak olur. Bəyanatda Əl-Houla kəndində yüzlərlə adamın həlak olması və yaralanması pislənilir.

Amma bəzi diplomatlar Əl-Houladakı hadisələrlə bağlı bu versiyanın obyektlivliyinə şübhə ilə yanaşırlar. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birini müavini Aleksandr Pankinin fikrincə, BMT Təhlükəsizlik Şüurası bəyanatla çıxış etməlidir. Lakin o hesab edir ki, əvvəlcə baş verənlərə aydınlıq gətirilməlidir. Diplomatın sözlərinə görə, Suriya hakimiyyəti Əl-Houladakı qırğını araşdırmaq iqtidarında deyil. Çünki həmin əraziyə silahlı müxalifət nəzarət edir.

Aleksandr Pankin iddia edib ki, Əl-Houla kəndində ölənlərin əksəriyyətinin soyuqqanlı qətlin qurbanı olduqlarını sübut edən birbaşa və ya bilavasitə dəlillər var. Belə ki, həlak olanqların əksəriyyəti yaxından açılan atəş nəticəsində öldürülüb və ya boğazları kəsilib. Kəndin ağır silahlarla ətəşə tutulması nəticəsində ölənlərin isə sayı çox azdır.