Maduro qadınları “fen”dən istifadə etməməyə çağırdı
12-04-2016, 10:28
Oxunub: 4 201
“Problem düşündüyümüzdən daha dərindir”
Venesuela prezidenti Nikolas Maduro qadınları ölkədəki enerji böhran ilə əlaqədar “fen”dən istifadə etməyə son qoymağa çağırıb.
Bolgexeber.com“Independent”ə istinadən xəbər verir.
Elektrik enerjisinin kəskin çatışmazlığının kompensasiya edilməsi üçün ölkə prezidenti vətəndaşları enerjiyə bütün mümkün vasitələrlə qənaət etməyə, mümkün qədər texnika və kondisionerdən az istifadə etməyə çağırıb.
Nikolas Maduro qadınların “fen”dən istifadə etmədikləri halda daha gözəl göründüklərini bildirib.
“Mən hər zaman qadınların saçlarını əlləri ilə hamarlayıb və təbii yolla qurutduqda daha gözəl göründüklərini düşünürəm. Mənim ideyam belədir”, - prezident qeyd edib.
Bundan başqa, venesuelalılardan paltarı qurutmaq üçün paltaryuyanın müvafiq funksiyasından deyil, tropik istidən istifadə etmək xahiş olunub.
Venesuela rəhbərinin bu məsləhəti heç də bütün qadınların xoşuna gəlməyib.
“Əgər prezident bizim saç qurutmaq üsulumuzun nəyəsə yardım edəcəyini düşünürsə, demək problem düşündüyümüzdən daha dərindir”, - ölkənin qadın vətəndaşı “AlJazeera” telekanalına bildirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər