BolgeXeber.Com » Dünya » Diaspora rəhbərini öldürən dəstə tutulub

Diaspora rəhbərini öldürən dəstə tutulub

7-06-2012, 12:25
Oxunub: 5 860 Ukrayna milisini İqbal Mahmudovu qətlə yetirməkdə şübhəli bilinən 4 nəfəri saxlayıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Ukrayna Daxili İşlər Nazirliyinin Donetsk vilayəti üzrə Baş İdarəsinin rəhbəri Viktor Dubovik deyib.

"Təsdiq olunur ki, qətl sifariş əsasında həyata keçirilib. Hazırda cinayətin mötivləri araşdırılır", - Dubovik əlavə edib.

Onun sözlərinə görə, saxlanılanlar arasında Azəbaycan, Ukrayna və digər ölkələrin vətəndaşları var.

Donetsk Vilayəti Azərbaycanlılar Konqresinin sədri İqbal Mahmudov mayın 9-da Makiyevka şəhərində Böyük Vətən müharibəsi veteranları ilə açıq havada görüş keçirərkən qətlə yetirilib.

Konqresdən daha öncə Trend-ə verilən məlumata görə, iki naməlum motoskiletçi Mahmudova atəş açaraq hadisə yerindən uzaqlaşıb. Mahmudova dəyən 3 güllədən biri onun ciyərini parçalayıb. Qətlin motivi haqqında hələlik məlumat yoxdur.