Ölü dəfnində dirilib su istədi
8-06-2012, 12:40
Oxunub: 6 188
Braziliyada ağlasığmaz hadisə baş verib.
Belə ki, öldüyü zənn edilən uşaq öz yas mərasimində tabutda dirilərək atasından su istəyib. Ancaq az sonra yenidən gözlərini yumaraq ölüb. Bu dəfə həqiqətən…Həkimlər Kelvin Santos adlı iki yaşlı uşağın pnevmoniyadan ölməsi barədə diaqnoz qoyublar. Uşaq ailəsinə verildikdən sonra qohumları tərəfindən ona yas mərasimi təşkil edilib. Lakin dəfndən bir saat əvvəl tabutda durub əyləşən Santos “atacan, mənə su verərsənmi?” deyib. Santosun dirildiyini görən yaxınları qışqırmağa başlayıblar. Ann.az bu barədə Türkiyənin “Milliyət” qəzetinə istinadən məlumat verir.
Baş verən hadisənin bir möcüzə olduğunu düşünən ailə Santosun yenidən tabuta uzanaraq gözlərini yummasından şoka düşüb. Bu dəfə həqiqətən ölən uşaq xəstəxanaya çatdırılsa da, onu həyata qaytarmaq mümkün olmayıb. Artıq həkimlərə etibar etməyən ailə bir neçə saatdan sonra Santosu dəfn etməyə qərar verib. Ancaq ailə uşağın ölümünə dair diaqnoz qoyan xəstəxanadan şikayət edib. Araşdırma zamanı Santosun nəyə görə dirilib təkrar ölməsi məlum olacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər