BolgeXeber.Com » Dünya » «Kişilərin məqsədi qadını yatağa salmaqdır» - FOTO

«Kişilərin məqsədi qadını yatağa salmaqdır» - FOTO

10-11-2010, 11:05
Oxunub: 5 940








«Mançester Siti» və İtaliya yığmasının forvardı Mariol Balotellinin sabiq məşuqəsi Barbara Guerra kişilərə inanmadığını deyir.

Portalımız «Spazio Gossip»ə istinadən bildirir ki, qaradərili hücumçu «İnter»i tərk edərək Mançesterə yollanandan sonra Mario ilə ayrılan Barbara yeni eşq axtarışlarındadır.

İtaliyanın ən emosional və şəhvətli futbol azarkeşlərindən sayılan, «Qossiya» ləqəbi ilə tanınan Barbaranın dediyinə görə, çağdaş kişilər qadınla tanış olanda onların yeganə məqsədi qadını yatağa salmaq olur.

«Kişilərdən kimin ağıllı və ləyaqətli, kimin də şəhvətkar birisi olduğunu müəyyənləşdirmək asan deyil. Əvvəllər hər şey daha asandı. İndiki kişilər arasında 10 nəfərdən 9-nun məqsədi qadını yatağa salmaqdı – belələrini məhəbbət və səmimi münasibətlər qətiyyən maraqlandırmır. Mənsə özümə ləyaqətli və eşqə üstünlük verən kişi arayıram», - Barbara deyib.