BolgeXeber.Com » Dünya » Polis məntəqəsinə hücum oldu, ölən var

Polis məntəqəsinə hücum oldu, ölən var

13-06-2012, 11:30
Oxunub: 5 617 Türkiyənin İstanbul şəhərində polis məntəqələrindən birinə bombalı hücum təşkil edilib.

Yerli mətbuatın yaydığı məlumata görə, hadisə Sarıyer rayonunun İstinyə polis şöbəsində baş verib. Hadisə nəticəsində xoşbəxtlikdən polis əməkdaşları xəsarət almayıb. Hücumla bağlı açıqlama verən şəhər polis idarəsinin rəisi Hüseyn Çapkın bildirib ki, hücumu təşkil edən şəxslər iki nəfər olub. Onlardan biri yaralı olaraq ələ keçirilsə də, o biri qaçmağa müvəffəq olub. Xəstəxanaya çatdırılan yaralı isə bir qədər sonra ölüb. Polis, eyni zamanda, şübhəli çantanı zərərsizləşdirib. Çantanın içində partlayıcı qurğu olduğu aşkarlanıb.

anspress