72 yaşlı qadın ilk övladını dünyaya gətirib
11-05-2016, 14:40
Oxunub: 5 292
Hindistanda yaşayan 72 yaşlı Dalcinder Kaur ana olub
Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, süni mayalanma yolu ilə dünyaya uşaq gətirən qadın “dünyanın ən yaşlı anası” adını alıb. 46 ildir dünyaya uşaq gətirmək istəyən D.Kaur həyat yoldaşı Mohinder Sinqh Gil ilə bir yerdə pul yığıb və süni mayalanma yolu ilə valideyn olmağı sınayıblar. İlk 2 cəhdləri uğursuz olan cütlük 19 apreldə Arman Sinqh adını verdiklərini uşaqlarını dünyaya gətiriblər.
Qadının sözlərinə görə, ətrafındakı hər kəs ona övladlığa uşaq götürməyi məsləhət görsə də o, buna qarşı çıxıb və öz uşağını dünyaya gətirmək istəyib.
Bu hadisə isə Hindistanda süni mayalanma müalicəsinin etik olub-olmadığı müzakirələrinə səbəb olub və Hindistan Səhiyyə Şurası yaşı 50-dən çox olan qadınlara süni mayalanma müalicəsinin tətbiqini qadağan edən qanun layihəsi hazırlayıb.
Hindistan Ginekoloqlar Birliyinin sədri Hrişikeş Pay da mətbuata açıqlamasında bunun düzgün olmadığını deyib:
“Elmi yolla 90 yaşlı qadının da uşaq doğmasını təmin etmək olar. Buradakı əsas problem etikadır. Çox yaşlı insanın uşaq dünyaya gətirməsi həm o insanın səhhəti, həm də uşağın sağlamlığı baxımından düzgün deyil”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər