BolgeXeber.Com » Dünya » Əxlaqsız ana zinasına haqq qazandırır

Əxlaqsız ana zinasına haqq qazandırır

23-06-2012, 11:25
Oxunub: 5 351 Oğlu ilə cinsi əlaqəyə girərək zina etmiş ananın məhkəmə prosesi başa çatıb.

16 yaşlı oğlunu yatağa salmış əxlaqsız ana 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qadın isə özünə haqq qazandırmağa çalışıb, baş vermiş çirkinliyi "15 illik ayrılıqdan sonra yaşanan təbii genetik cazibə" kimi qələmə verib.

ABŞ-ın Kaliforniya ştatının Napa bölgəsinin məhkəməsində 32 yaşlı Misti Rebekka Etkinsonun prosesi başa çatıb.

Hakim prosesdə bildirib ki, Etkinson Kaliforniyanın Ukya şəhərindəki motelin əməkdaşlarının şikayətindən sonra tutulub. Motel əməkdaşları qadının qaldığı nömrədə 16 yaşlı oğlanla cinsi əlaqədə olduğunu, bu zaman qapını açıq qoyduğunu görüblər. Dəfələrlə xəbərdarlıq edilməsinə rəğmən, qadın qapını bağlamayıb və əksinə, motel işçilərinin üstünə qışqırıb, onları söyərək təhqir edib.

Hadisə yerinə polis çağırılıb və bəlli olub ki, Misti Etkinsonun cinsi əlaqədə olduğu 16 yaşlı yeniyetmə onun doğma oğludur.

İbtidai istintaq zamanı polis Etkinsonun Facebook sosial şəbəkəsindəki səhifəsində onun yarıçılpaq fotolarını da aşkarlayıb. Fotoları "Kişilər üçün hazıram!" yazılar müşayiət edirdi.

"Əxlaqsızlıq etdiyimi düşünmürəm. Oğlumu 15 il idi ki, görmürdüm və onunla yatağa girməyim də sadəcə, genetik cazibədir", - Etkinson deyib.

Qadının oğlu da cinsi əlaqəni mobil telefonuna çəkib və polis bu çəkilişdən əşyayi-dəlillərdən biri təki istifadə edib.
Etkinsonun vəkilinin dediyinə görə, qadın həbsxanada nümunəvi davranarsa, 2 il 4 aydan sonra azadlığa çıxa bilər.