BolgeXeber.Com » Dünya » Britaniyada 10 qadından 9-u pornoya baxır?

Britaniyada 10 qadından 9-u pornoya baxır?

2-07-2012, 17:45
Oxunub: 5 798 Britaniyada qadınlar arasında keçirilmiş anonim sorğulardan biri ekspertləri heyrətləndirib.

Milli.Az "The Sun"a istinadən bildirir ki, El Ceymsin "Bozune 50 çaları" (Fifty Shades of Grey) roman-trilogiyasının fenomenal uğurunun səbəblərini araşdırmağa çalışan sosioloqlar erotikanın ifrat dərəcədə olduğu bu əsəri oxuyan və oxumayan qadınlar arasında rəy sorğusu keçiriblər.

Məlum olub ki, Britaniyadakı hər 10 qadından 9-u pornoqrafik kliplər, fotolar və ya filmlərə həmişə olmasa da, aradabir baxır. Qadınların 37 faizi isə internetdə bəzən porno aradıqlarını etiraf ediblər.

"Glamour" və GQ jurnallarının keçirdiyi sorğunun nəticələri də analojidir.
Hər iki sorğu ilə bağlı geniş məqalələr sözügedən jurnalların avqust saylarında dərc olunacaq.