Məhəmməd Əli doğulduğu Luisvill şəhərində dəfn edildi – Foto
11-06-2016, 10:57
Oxunub: 5 209
Məşhur amerikalı boksçu Məhəmməd Əli Luisvill şəhərində dəfn edilib. Əfsanəvi idmançının tabutu onun doğma şəhərinin küçələrindən keçirilib
Məhəmməd Əli ilə vida mərasimi 15 minlik tamaşaçı tutumu olan stadionda keçirilib. Dəfndə ABŞ-ın keçmiş prezidenti Bill Klinton və İordaniya kralı II Abdullah da iştirak edib.
Xatırladaq ki, 1984-cü ildən Parkinson xəstəliyindən əziyyət çəkən Məhəmməd Əli özünün dəfn mərasimini 5 il bundan əvvəl ssenariləşdirmişdi.
Əfsanəvi boksçu peşəkar karyerası ərzində keçirdiyi 61 döyüşün 37-si nokautla olmaqla 56-da qələbə qazanıb və cəmi 5 görüşdə uduzub. O, 1964-1966, 1974-1978-ci illərdə ağır çəki üzrə mütləq dünya çempionu, “İlin boksçusu” titulunun və “Onilliyin boksçusu” adının beşqat sahibidır.
Məhəmməd Əli 1960-cı ildə Olimpiya çempionu olub, 1999-cu ildə isə “Əsrin idmançısı” seçilib. Onun adı peşəkar boksun simvoluna çevrilib.
Karyerasını bitirdikdən sonra amerikalı boksçu UNICEF-in xoşməramlı səfiri olub (1998-2008).
Məhəmməd Əli iyunun 3-də tənəffüs yollarında yaranan problemlə bağlı gətirildiyi Arizona ştatının Finiks şəhəri yaxınlığındakı xəstəxanaların birində 74 yaşında dünyasını dəyişib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər