İkinci həyat yoldaşı axtaran müsəlmanlar üçün sayt açıldı
23-06-2016, 14:34
Oxunub: 4 466
Böyük Britaniyada ikinci həyat yoldaşı axtaran müsəlmanlar üçün “SecondWife.com” tanışlıq saytı açılıb
Moderator.az “Daily Mail”ə istinadən xəbər verir.
Saytdan hazırda 35 min nəfər istifadə edir. Saytın yaradıcısı 33 yaşlı teleaparıcı Azad Çayvaladır. O, bütün dini konfessiyaların nümayəndələrinin istifadə edə biləcəyi “Polygamy.com” saytını da yaradıb.
Saytın artıq 7 mindən çox istifadəçisi var.
İdeya müəllifini, hətta çoxarvadlılığa görə yeddi il həbs nəzərdə tutan cəza da qorxutmur.
A.Çayvala ənənəvi dəyərlərin və sədaqətin tərəfdarı olduğunu, çoxarvadlılığın qadınları tənhalıqdan xilas edəcəyini söyləyib.
Müsəlman icmasının bir çox nümayəndələri isə çoxarvadlılığın təbliğinə etirazlarını bildiriblər.
Britaniya parlamentinin müsəlman üzvü Xalid Mahmud ikinci və növbəti arvadların hüquqi baxımdan müdafiəsiz olduğuna diqqət çəkib:
“Bu, qadını böyük təhlükə altında qoyur, çünki o, həyat yoldaşının əmlakına haqq iddia etmək hüququnu itirir”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər