İraq Türkiyəyə xəbərdarlıq edib
17-07-2012, 20:30
Oxunub: 5 443
İraq hökuməti Türkiyəyə xəbərdarlıq ünvanlayıb.
APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, İraq hökumətinin sözçüsü Əli Dəbbağ Türkiyənin havadan və qurudan İraq sərhədlərini pozduğunu bəyan edib.
Ə. Debbağ bildirib ki, İraq radarları dəfələrlə Türkiyə hərbi təyyarələrinin ölkənin hava məkanını pozduğunu qeydə alıb: “İraq hökuməti ölkənin hava məkanına və suverenliyinə qarşı yönəlmiş bu əməlləri pisləyir və Türkiyəyə bu mövzuda xəbərdarlıq edir”.
İraqın baş naziri Nuri əl Maliki də bəzi qonşu ölkələrin təyyarələrinin İraq hava məkanını pozduğunu bildirərək bu pozuntular qarşısında səssiz qalmayacaqlarını söyləyib.
Qeyd edək ki, Türkiyə hərbi təyyarələri vaxtaşırı İraqın şimalına daxil olaraq PKK terror təşkilatının bazalarını bombalayır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər