Atatürk aeroportunda əslində nə baş verdi?
29-06-2016, 20:28
Oxunub: 3 739
Terror hadisəsi üçün Atatürk Hava Limanının seçilməsi heç də təsadüf deyil
"Terror hadisəsinin həm bayram, həm də Türkiyənin bəzi ölkələrlə münasibətlərini düzəltmək ərəfəsində baş verməsi heç də təsadüf deyil. Bu qanlı hadisə əvvəlcədən planlaşdırılmış şəkildə peşəkar şəxslər tərəfindən həyata keçirilib".
Bu sözləri ANS TV-yə müsahibəsində İstanbulun Atatürk Hava Limanının rəsmisi Mustafa Kalender deyib.
Mustafa Kelender baş verənlərin Türkiyə-İsrail, Türkiyə-Rusiya münasibətlərinin düzəlməsini istəməyən, eləcə də Türkiyəni həm truzim, həm də iqtisadi cəhətdən vurmaq istəyən bəzi maraqlı qüvvələrin istəyindən qaynaqlandığını bildirib.
Hava limanı rəsmisi terror hadisəsi üçün Atatürk Hava Limanının, xüsusən də "Aeroflot" ofisinin seçilməsinin də düşünülmüş planın tərkib hissəsi olduğunu vurğulayıb.
Daha sonra Mustafa Kalender mətbuatda terrorçuların sayının 7 nəfər olması ilə bağlı yayılan məlumatlarla bağlı da danışıb.
O, hazırda istintaqın aparıldığını, araşdırmalardan sonra dəqiq məlumatın veriləcəyini, lakin hazırda hücumun 3 terrorçu tərəfindən törədildiyinin məlum olduğunu diqqətə çatdırıb.
"Terrorçulardan biri əlindəki "Kalaşnikov" silahı ilə insanlara atəş açaraq X Ray cihazını keçib. Daha sora üzərindəki bombanı partladacağını deyərək insanlaraı təşvişə salıb. Çıxışa doğru qaçan təşviş içində olan kütləni digər terroçu qarşılayıb və üzərindəki bombanı partladıb", - deyə Kalender bildirib.
Ötən gün baş verən terror aktından sonra Türkiyənin İstanbul şəhərində insanlar təşvişdədirlər. Türkiyə müxbiri Pərviz Sultansoyun məlumatına görə, Atatürk hava limanında baş verən terror hadisəsindən sonra insanlar hələ də özlərinə gələ bilməyiblər və qorxu içərisindədirlər.
Rəsmi məlumatlara görə, ölü sayı 36 nəfərdir. Türkiyə hökuməti şəhərdə panika yaranması və yenidən terror aktının baş verəcəyini nəzərə alaraq xəbərlərin verilməsinə yayım qadağası qoyub.
Hazırda Atatürk hava limanında təhlükəsizlik ən yüksək dərəcədədir, polislər növbəti hadisənin baş verməməsi üçün əllərindən gələni edirlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər