Bu quşun yumurtası 1001 dərdin dərmanıdır
7-07-2016, 09:21
Oxunub: 5 332
Bəlkə də çoxumuzun heç dadına baxmadığımız bildirçin yumurtası 1001 dərdin dərmanıdır
Bolgexeber.com fizulihuseynov.com-a istinadən bildirir ki, bildirçin yumurtası toyuq yumurtasından 5 dəfə artıq fosfor, 8 dəfə artıq dəmir, 9 dəfə artıq zülal, 15 dəfə artıq B1 vitamini ehtiva edir. Bildirçin yumurtası iştahı yaxşılaşdırır, vitaminsizlikdə, mineral çatışmazlığında faydalıdır, immuniteti qüvvətləndirir, xərçəng önləyici təsiri vardır, çünki tərkibində likopen adında antioksidant vardır, gec danışan zəif uşaqlar, göz görməsindən əziyyət çəkən, tez-tez xəstələnən uşaqlar üçün əvəzolunmaz qidadır. Allergiyadan əziyyət çəkən uşaqlar üçün də çox faydalıdır.
Yumurtanın qabıqlarını da istifadə edin, belə ki, qabıqlar azca qaynadılır, sonra üyüdülür, uşaqların yeməklərinə qarışdırılır, kalsium çatışmazlığını aradan qaldırır. İstifadə qaydası: uşaqlar gündə bir dəfə 1 ədəd yumurtanı suda az qaynadılmış halda yeyə bilərlər və ya yumurta sındırılır, ağı sarısından ayrılır, ağı bişirilib yeyilir, sarısı isə südə qarışdırılaraq içilir.
Bildirçin yumurtası cinsi istəyi artırır, uşaqların zəkasını inkişaf etdirir. Yumurtanı sındırın, ağı ilə sarısını bir-birinə qarışdırın, saçlarınıza yaxın, yuyunmazdan yarım saat əvvəl şampun vurmadan yuyunun. Saçları həm yumşaq, həm də parlaq edir, kəpəklənməni götürür.
Bildirçin əti ürəyin, qaraciyərin, ağciyərin, böyrəyin, mədənin müalicəsində böyük əhəmiyyətə malikdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər