Ticarət mərkəzi içərisində insanlarla birlikdə uçuruldu
9-07-2016, 19:31
Oxunub: 3 811
Hindistanın şimalında qanunsuz tikilmiş ticarət mərkəzinin sökülməsi zamanı ən azı dörd nəfər həlak olub, daha altı nəfərin isə uçqunun altında qalması ehtimal olunur
Virtualaz.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Hadisə bu gün Hindistanın Uttar-Pradeş ştatının Merax şəhərində baş verib.
Məlumata görə, şəhər məhkəməsi 4 mərtəbəli ticarət mərkəzinin sökülməsi ilə bağlı qərar çıxarıb. Amma sökülmə zamanı binadakı insanlar təxliyyə edilməyiblər. Nəticədə, 4 nəfər dağıntılar altında qalaraq ölüb, daha 6 nəfərin də uçqunun altında qalması ehtimal olunur.
"Piyuş Qautam" yerli icmasının nümayəndəsi isə bu vəziyyətə görə şəhər rəhbərliyinin məsuliyyət daşıdığını inkar edib. Onun sözlərinə görə, ticarət mərkəzindəki insanlara 03.00-a qədər binanı boşaltmaqla bağlı xəbərdarlıq edilib. Bundan əlavə, onlara daha 3 saat da vaxt verilib və saat 06:00-da söküntü işlərinə başlanılıb.
Hazırda xilasedicilər dağıntılar altında qalanların çıxarılması üzrə əməliyyata başlayıblar. Hadisə qurbanlarının qohumları polisə yazlı ərizə ilə müraciət ediblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər