Bu ölkənin 140 milyondan çox sakini öləcək -DƏHŞƏTLİ PROQNOZ
13-07-2016, 16:55
Oxunub: 4 453
Geofiziklər dəhşətli zəlzələ proqnozlaşdırırlar
Proqnozlara görə, Banqladeşin demək olar ki, bütün əhalisi - 140 milyondan çox insan təbii fəlakətin qurbanı olacaq.
Bolgexeber.com publika.az xarici mediay-a istinadən xəbər verir ki, Kolumbiya Universitetinin (ABŞ) apardığı tədqiqatının nəticələri "Nature Geoscience" jurnalında dərc edilib. Alimlər proqnozlaşdırılan fəlakətin səbəbi kimi Birmanın altındakı Hind-Avstraliya tektonik plitəsinin enməsini göstərirlər. Bu dəhşətli zəlzələyə gətirib çıxaracaq. Tədqiqatın nəticələri göstərir ki, plitələrin enməsi yalnız materikdə deyil, həm də Hind okeanında baş verir. Ən çox Banqladeş və Hindistanın şərqində yaşayan əhali təhlükədə olacaq. Ehtimal edilir ki, zəlzələnin episentri Banqladeşin paytaxtı Dəkkə şəhəri olacaq. 2004-cü ildə Hind-Avstraliya tektonik plitəsinin enməsi sualtı zəlzələ və sunamini yaradıb. Bir neçə saat ərzində Hindistan, İndoneziya, Tailand və Şri-lankada 230 mindən çox insan həlak olub. Qeyd edək ki, hazırda Banqladeşdə 168 milyondan çox insan yaşayır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər