BolgeXeber.Com » Dünya » 7 min hərbçi İncirlik bazasını mühasirəyə aldı - Video

7 min hərbçi İncirlik bazasını mühasirəyə aldı - Video

31-07-2016, 13:49
Oxunub: 2 433 7 min hərbçi İncirlik bazasını mühasirəyə aldı - VideoTürkiyənin Adana vilayətindəki İncirlik hərbi bazası ətrafında xüsusi əməliyyat keçirilib

Yeddi minə yaxın polis hərbi bazanın giriş-çıxışını bağlayıb, digər ərazilərə nəzarəti gücləndirib. Türkiyənin Avropa məsələləri üzrə naziri Ömər Çelik isə Tvitter səhifəsində yayılan məlumatları təkzib edib.Onun sözlətinə görə, aviabazada təhlükəsizlik sistemlərinin yoxlanışı həyata keçirilib:

“Mən hazırda Adanadayam. Biz təhlükəsizlik sistemlərinin ümumi yoxlanışını həyata keçirdik. Heç bir problem müəyyən edilməyib”.

Qeyd edək ki, bu gün ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford bazaya səfər edəcək.(Axar.az)