“Gülən qalmaqalı” Ziya Məmmədovu da bitirə bilər
13-08-2016, 13:59
Oxunub: 5 614
Nəqliyyat nazirinin «gülənçilər»lə əlaqələri üzə çıxır
Türkiyədə baş verənlər Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov üçün ciddi təhlükəyə çevrilib. Redaksiyamıza daxil olan məlumata görə, Türkiyədə fəaliyyət göstərən və Fətullah Gülənə yaxınlığı ilə seçilən Türk-Amerikan Alyansı ilə Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbərlik etdiyi Azərbaycan-Amerika Alyansı ciddi işbirliyində olub.
Məlumat üçün deyək ki, Türk-Amerikan Alyansının Azərbaycanın enerji siyasətinə də təsir imkanları var.
Bundan başqa, Türkiyədəki hərbi çevrilişə cəhddən sonra bağlanan “Qafqaz” Universitetinin bəzi layihələrinin maliyyələşməsində Anar Məmmədovun böyük rol oynadığı üzə çıxıb. Ziya Məmmədov London taksilərinin ilkin idarəçiliyini də Gülənə yaxın şəxslərdən birinə tapşırıb. Söhbət “Baku Taxi Company”nin sabiq rəhbəri Ilqar Qasımovdan gedir. Bir neçə il bundan əvvəl hakimiyyət daxilində “nurçu qalmaqalı” yaşananda Ziya Məmmədov işdən çıxarıb. O zaman yayılan məlumatlarda da Ilqar Qasımovun işdən çıxarılması “gülənçilər”lə bağlı olması ilə izah edilirdi.
Həmin vaxt iddia edilirdi ki, nəqliyyat nazirinin köməkçisi Ziya Əliyev də “gülənçilər”lə əlaqəlidir. Məlumatlarda bildirilirdi ki, Ziya Əliyev “Irəli”nin təsisçilərindən biridir. O, həm də ASAIF-in məclis üzvləri sırasında yer alır və “gülənçilər”in şəbəkəsində etibarlı şəxs kimi təmsil olunur.azadliq.info
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər