BolgeXeber.Com » Dünya » Müavinləri Patrik Hikkinin üzünə durdu: “Bilet alveri ancaq onun işidir”
Müavinləri Patrik Hikkinin üzünə durdu: “Bilet alveri ancaq onun işidir”
26-08-2016, 15:13
Oxunub: 4 319
İrlandiya Olimpiya Komitəsinin iki yüksək vəzifəli əməkdaşı Rio yay oyunlarında bilet alveri işi üzrə ifadə verib və öz rəhbərlərinin-Patrik Hikkinin üzünə durub
Virtualaz.org “The Washington Times”ə istinadən xəbər verir ki, bu haqda Patrik Hikkinin adı qarışan bilet alveri işini araşdıran baş müstəntiq bildirib.
Xəbər verildiyi kimi Avropa Olimpiya Komitəsinin və eyni zamanda İrlandiya Olimpiya Komitəsinin prezidenti olan Patrik Hikki Rio Oyunlarının açılış mərasimi üçün İrlandiya Olimpiya Komitəsinə ayrılmış biletləri Braziliya paytaxtında qiymətindən dəfələrlə baha satdırdığı üçün həbs olunub. Bu iş üzrə İrlandiya Olimpiya Komitəsinin daha iki yüksək vəzifəli əməkdaşı Kevin Kilti və Stiven Martin də istintaqa cəlb olunublar. Onların Braziliyanı tərk etməsinə icazə verilməyib və şübhəli şəxs qismində ifadələri alınıb.
Lakin istintaqda həmin vəzifəlilər bir ağızdan bildiriblər ki, bilet alveri müstəsna olaraq Patrik Hikkinin qurduğu işdir və bu işdə onların heç bir rolu yoxdur. “Onlar istintaqla əməkdaşlığa getdilər və Patrik Hikkinin rolunu təsdiq edən ifadələr verdilər. Bütün işləri o planlaşdırıb. Beləliklə, polis bu müəmmanı açmış olub”-müstəntiq Ronaldu Olivyera bildirib.
Polis idarəsində İrlandiya Olimpiya Komitəsinin formasında çıxan Kevin Kilti isə jurnalistlərə bildirib ki, istintaqla əməkdaşlığa şaddırlar. “Bundan artıq deməyə sözümüz yoxdur, bağışlayın”- o bildirib.
Bildirilir ki, polis Kiltinin otağında 228 bilet tapıb. Lakin o bildirib ki, biletlər idmançılar üçün ayrılmışdı, onlar isə istifadə etməyiblər. Bununla belə istintaq bu faktı da araşdırır. Müstəntiq deyib ki, İrlandiya Olimpiya Komitəsinin vəzifəli şəxslərinin pasportları yaxın günlərdə özlərinə qaytarılacaq və onların vətənə qayıtmasına icazə veriləcək. Hikki isə hələ uzun müddət Rio həbsxanasında qalmalı olacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər