Məscidin qarşısına donuz başı atdılar
2-08-2012, 15:35
Oxunub: 5 612
Islamophobia Observatory təşkilatı baş vermiş hadisəni “rasist provokasiya” adlandırıb
Fransanın cənubunda məscidin qarşısına donuz başları atılıb. Lenta.ru saytının Agence-France-Presse-ə istinadla yaydığı məlumata görə avqustun 1-i Fransanın cənubundakı Montoban şəhərində məscidin girişində ziyarətçilər iki kəsilmiş donuz başı tapıblar. Məscidin imamı Haji Mohamed bildirib ki, bunu edən adamlar, məscidin qabağına böyük miqdarda donuz qanı da axıdıblar. Fransada antiislam əhval-ruhiyyəsini müşahidə edən Islamophobia Observatory təşkilatı baş vermiş hadisəni “rasist provokasiya” adlandırıb. Montoban şəhərinin müsəlmanları hələ bu ilin mart ayında diqqət mərkəzində idilər. Həmin vaxt Əl-Qaidə ilə əlaqələri olduğu təxmin edilən Mohamed Mera iki hərbi xidmətçini güllələmişdi. Bu hadisədən bir neçə gün sonra Mera qonşu Tuluza şəhərindəki yəhudi məktəbinin üç şagirdini və bir ravvinini güllələmişdi. Özü isə polislərin onun evinə hücumu zamanı öldürülmüşdür. Montoban şəhərinin hüquq-mühafizə orqanları baş vermiş hadisənin Tuluza və Montobanda baş vermiş qətl hadisələri ilə əlaqəsinin olması barədə şərh verməyiblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər