BolgeXeber.Com » Dünya » İsveçdə İslam əleyhinə aksiya keçirildi

İsveçdə İslam əleyhinə aksiya keçirildi

6-08-2012, 11:30
Oxunub: 5 699 İsveçin paytaxtı Stokholmda islam əleyhinə nümayiş keçirilib.

Aksiyanı Avropa və ABŞ-ın antiislam yönümlü ultrasağçıları təşkil edib. Aksiya iştirakçıları “cihadla mübarizə aparacaq” beynəlxalq hərəkat yaratmaq istədiklərini bəyan ediblər. Aksiyada ötən il Norveçdə 77 nəfəri öldürmüş Anders Breyvikin pərəstiş etdiyi “İngilis Müdafiə Liqası” da fəal iştirak edib.

Qeyd edək ki, Avropanın ultrasağçılarının son 15 ildə İslam əleyhinə nümayiş cəhdləri baş tutmamışdı. Bir yerə toplaşmağa, nəhayət ki, müvəffəq olan ultrasağçılar İsveç hökumətinin immiqrasiyaya dair siyasətini dəyişməli olduğunu bəyan ediblər. Yüksək təhlükəsizlik tədbirləri çərçivəsində keçən aksiya zamanı polis bir neçə nəfəri saxlayıb.