İnternetsiz də “YouTube Go”da videoya baxmaq olacaq
29-09-2016, 14:55
Oxunub: 4 047
Simsiz şəbəkələrə qoşulan aktiv mobil qurğu istifadəçiləri uzun müddətdir populyar “YouTube” videohostinqi vasitəsilə “offline” rejimdə videoya baxmaq və sevimli videoları seyr edən zaman trafikə qənaət etmək arzusundadırlar
“Google” şirkəti minlərlə istifadəçinin istəyini eşidərək mobil və ya “Wi-Fi” şəbəkəsinə qoşulmadan videoya başqa vaxtda baxmaq üçün onu saxlamağa imkan verən “YouTube Go” əlavəsini təqdim edib. Dehlidə təqdim edilən servisdən yalnız Hindistan sakinləri istifadə edə biləcəklər.
Bolgexeber.com ıctnews.az-a istinadən xəbər verir ki, Hindistan üçün layihələndirilən və nəzərdə tutulan “YouTube Go” qoşulma və şəbəkənin xüsusiyyətləri nəzərə alınmaqla ölkə sakinlərinə videoservisin bütün gözəlliklərini çatdıracaq.
Əlavə videonun ilk fraqmentindən istifadəyə imkan verməklə yüklənən faylın ölçüsünü göstərir və videonun keyfiyyətini seçir. Bundan başqa, videonu “Bluetooth” ilə başqa telefona ötürmək mümkündür. “YouTube Go” videonun yerləşməsini yadda saxladığına görə onu qovluqlarda axtarmağa ehtiyac qalmır.
Hazırda “YouTube Go” layihəsi üçün sınaqlarda iştirak edəcək şəxslərin qeydiyyatı aparılır. Əlavənin Hindistanda və dünyanın digər regionlarında nə vaxt istifadəyə veriləcəyi açıqlanmır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər