BolgeXeber.Com » Dünya » Mars Yerə bənzəyirmiş (VİDEO)

Mars Yerə bənzəyirmiş (VİDEO)

9-08-2012, 23:00
Oxunub: 6 172 NASA-nın tədqiqat aparatı "Qırmızı planet"dən unikal şəkillər göndərib

NASA-ya məxsus "Curiosity" tədqiqat aparatı Mars planetindən yeni şəkillər göndərib. Sonuncu şəkillər Mars səthinin Yerin səthi ilə inanılmaz dərəcədə bənzərliyi ortaya çıxıb. Şəkilləri ictimaiyyətlə bölüşən NASA rəsmiləri Qeyl krateri səthinin Moxave səhrasına bənzədiyini, eləcə də "Qırmızı planet"dəki dağların Yerdəki dağlara çox oxşadığını vurğulayıblar.

Qeyd edək ki, NASA-ya 2,5 milyard dollara başa gələn "Curiosity" missiyası Yerə ən çox bənzəyən planet olan Marsın təbiətini öyrənmək məqsədi daşıyır.