BolgeXeber.Com » Dünya » İstanbulda 2 tramvay toqquşdu: yaralananlar var

İstanbulda 2 tramvay toqquşdu: yaralananlar var

25-08-2012, 11:15
Oxunub: 3 883 Boş tramvay içində sərnişinlərin olduğu başqa bir tramvaya arxadan çırpılıb

Türkiyənin İstanbul şəhərində yerli vaxtla saat 00.10-da (Bakı vaxtıyla 02.10) tramvay qəzası meydana gəlib. Məlumata görə boş bir tramvay içində sərnişinlərin olduğu, Kabataş – Bağçılar xətti ilə hərəkətdə olan başqa bir tramvaya arxadan çırpılıb. Qəza nəticəsində tramvayda olan sərnişinlərdən 8 nəfəri müxtəlif dərəcəlibədən xəsarəti alıb. Yaralılar yaxınlıqda olan xəstəxanalara çatdırılıb. Yaralılar ambulator müayinədən sonra evə buraxılıblar.