BolgeXeber.Com » Dünya » İsraildən qəti qərar: İran sentyabrda vurulacaq

İsraildən qəti qərar: İran sentyabrda vurulacaq

27-08-2012, 11:50
Oxunub: 4 276 “İsraildə əhalinin yarısına qaz maskaları paylanıb, Təl-Əvivdə Müdafiə Nazirliyinin binası qarşısında bombalı hücumlara qarşı sığınacaqlar yaradılıb”.

İsrailin “Channel 10 News” televiziyasının hərbi müxbiri Alon Ben-David belə məlumat yayıb. O, İsrailin İrana hücumunun indiyədək təsəvvür edilməyəcək dərəcədə yaxın olduğunu söyləyib. Ben-Davidin sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahu noyabrın 6-dan əvvəl Irana hücum etməkdə qərarlıdır. Məşhur ingilis tarixçi və yazıçı Maykl Burleigh də seçkidən əvvəl, böyük ehtimalla oktyabrın sonu İrana hücum ediləcəyi qənaətində olduğunu açıqlayıb.

ABŞ-da yenidən prezident seçilmək iddiasında olan Barak Obama hərbi hücumdan əvvəl İrana qarşı başlatdığı iqtisadi sanksiyaların nəticəsini gözləyir. Obama yenidən prezident seçildiyi təqdirdə İran məsələsini ikinci plana saxlamağı düşünür. Deyilənlərə görə, ABŞ prezidentinin ən son istəyəcəyi şey İsrailin seçkilərdən əvvəl İrana hücum etməməsidir. İsrail isə bu mövzuda səbirsizlik nümayiş etdirir. Baş nazir Benyamin Netanyahu və müdafiə naziri Ehud Barak fikrincə, İranın nüvə proqramı bir neçə ay ərzində geri dönməyəcək nöqtəyə gələcək. Onlar İranın İsrailin hava hücumları üçün "immunitet bölgəsi"nə çevriləcəyindən narahatdır.

İsraildə getdikcə hərbi əməliyyatların başlayacağı barədə xəbərlər yayılmağa başlayıb. Nüvə proqramına qarşı İrana yönəlik beynəlxalq sanksiyaların təsirsiz olduğunu görən İsrail öz təhlükəsizliyini təmin etmək üçün başqasına güvənməyib öz işini özü görməyə başlayıb. Yayılan məlumatlara görə, İsrail İranın nüvə silahına sahib olmasını ölüm-qalım məsələsi kimi görür. İsrail rəhbərliyinin fikrincə, bu, Türkiyə, Misir, Səudiyyə Ərəbistanı kimi ölkələri də nüvə silahına sahibi olmağa sövq edəcək və bölgədə silahlanma yarışına gətirib çıxaracaq.

İranın da öz növbəsində İsrailin hücumuna qarşı “Hizbullah” təşkilatından istifadə edəcəyi bildirilir. İranın bu çərçivədə Suriya üzərindən 10 güclü Skud mərmi və 50 min raket daxil olmaqla Livanda “Hizbullah”a silah və sursat göndərdiyi deyilir. Bu raketlərin İsrailin böyük hissəsini vura biləcək potensiala malik olduğun qeyd olunur.


İsrailin Dəmir Qübbə adlı mərmidən müdafiə sisteminin “Hizbullah”ın qısamənzilli raket və havadan müdafiə zərbələrini zərərsizləşdirəcəyi söylənilir. Milyardlarla dollar dəyərində olan və radarla idarə olunan Arrow raketlərinin İranın uzunmənzilli Şahab-3 raketlərinin öhdəsindən gələcəyi qeyd edilir.