Meksika Senatı marixuananı qanuniləşdirdi
14-12-2016, 13:33
Oxunub: 3 767
Meksika Senatı dünən keçirilən səsvermədə səs çoxluğu ilə marixuananın tibbi məqsədlərlə istifadəsini qanuniləşdirdi
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir. “Marixuananın tənzimlənməsi və istifadəsinə 81 nəfər lehinə və iki nəfər əleyhinə səs verib”, - parlamentin ali palatasının “Twitter” mikrobloqunda yazılıb.
İndi bu məsələ deputatlar palatası tərəfindən nəzərdən keçirilməlidir.
Senat tərəfindən qəbul edilmiş təşəbbüs ölkənin səhiyyə haqqında qanununa və cinayət-prossesual məcəlləsinə dəyişiklikləri nəzərdə tutur. Bu mövzu üzrə müzakirələr Ali məhkəmənin dörd nəfərə marixuananın rekreasion məqsədlə istifadəyə icazə verdiyi andan etibarən bir ildən artıqdır ki davam edir. Bir müddət sonra Meksika hakimiyyətinin rəsmi nümayəndəsi Eduardo Sançes bu qərarın məhz həmin dörd nəfərə aid olduğunu və heç bir şəkildə marixuanın qanuniləşdirildiyini əks etdirmədiyini bildirmişdi.
Prezident Enrike Penya Nyeto əvvəlcə marixuananın qanuniləşdirilməsinə mənfi münasibətini bildirmişdi, amma daha sonra marixuananın tibbi məqsədlərlə istifadəsinin qanuniləşdirilməsinin mümkünlüyündən danışmışdı. O, DİN-ə insan haqlarının mübarizəsi ilə məşğul olan bölmələrinə narkotikanın qanuniləşdirilməsi üzrə geniş ixtisaslaşdırılmış müzakirənin aparılmasını tapşırmışdı. Dialoqa sosioloqlar, həkimlər, akademiklər, eləcə də marixuna mövzusu üzrə mütəxəssislər cəlb edilmişdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər