Günün qoroskopu: diqqəti əsas məsələyə yönəldin
18-01-2017, 09:40
Oxunub: 4 349
Tərəzi - yaxın ətrafınızdakı insanlar qaradinməz olacaq, yalnız öz maraqlarını düşünəcəklər
Qoç - stereotip qərarları dəstəkləməyin. Yeni təfərrüatlar sizə dəxli olan insan və ya hadisə ilə bağlı fikrinizi dəyişə bilər.
Buğa - planlaşdırılmış işlərin əksəriyyətini nahara qədər bitirməyə çalışın. Anlaşmaların pozulması, razılaşmaya əməl olunmaması, fikirlərin dağılması, emosiyaların məntiqdən üstün olması ehtimalı var.
Əkizlər - yeni ideyaların təqdimatına, xüsusilə də uğurlarınızı nümayiş etdirməyə tələsməyin. Şəxsi münasibətlərdə pərdələməyə və bir qədər təxirə salmağa çalşıdığınız məlumat üzə çıxacaq, nəqafil olaraq hər şeyi deyəcəksiniz.
Xərçəng - gərgin münasibətlərdə böhran ehtimalı var. Vəziyyət axşam saatlarına qədər gərginləşməyə davam edəcək.
Şir - işin maraqları çərçivəsində hərəkət edin. İnsanlara və hadisələrə məhdud eqoizm çərçivəsindən baxmayın. Yaxınlarınız və ailə üzvlərinizin maraqlarını da nəzərə alın.
Qız - işlər və görüşlər günüdür. Alış-veriş edə bilərsiniz. Gün "dolu" olacaq, amma bəzi vəziyyətlər sizi təbdən çıxara bilər. Bizneslə məşğul olanlar yeni mərhələyə qədəm qoyacaqlar.
Tərəzi - yaxın ətrafınızdakı insanlar qaradinməz olacaq, yalnız öz maraqlarını düşünəcəklər. Ailədəki münasibətlər gərilə bilər. Sərt eyhamlar etməyin, tənqidə yol verməyin. Konkret işə diqqəti yönəltsəniz, gün sizi sevindirəcək.
Əqrəb - bu gün oturaq iş üçün deyil. Hesabatın verilməsi, səfər, toplantı, məsləhətləşmə, işgüzar görüş, dövlət qurumlarında problemin həll olunması üçün əlverişli gündür.
Oxatan - diqqəti əsas məsələyə yönəldin. Lakin imkan daxilində kiçik, fəqət gərəkli işləri görün. Məmurlarla çoxsaylı təmaslar tələb edən işi başa vurmağa tələsin.
Oğlaq - kollektiv müzakirələr həll yolunun fərdi şəkildə aranmasından daha əfsəldir. Axşam saatlarını evdə keçirməyin, açıq havaya çıxın. İşlərin gedişatını yaxın insanla müzakirə edin.
Dolça - çətin və çox zəhmət tələb edən işlər, çıxış, səfəri bu günə salmaq olar. Gün ərzində əhvalınız qəflətən dəyişə bilər. Mühit sizi yaxın ətrafınızla birləşdirən maraq və məqsədlərdən asılı olaraq gərgin, cazibədar və ya sevincli ola bilər.
Balıqlar -səmimi olun, amma sonradan peşmançılıq hissi keçirməyinizə rəvac verə biləcək sözlər deməyin, hərəkətlər etməyin.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər