Türkiyədə növbəti terror hadisəsi: 7 şəhid
26-09-2012, 06:50
Oxunub: 5 246
PKK terrorçuları hərbi kortecin keçdiyi yolda partlayış törədib
Türkiyənin Tunceli vilayətində PKK terrorçularının törətdiyi növbəti terror hadisəsi nəticəsində 7 nəfər ölüb. Yerli mətbuatın yaydığı xəbərə görə, hadisə vilayət mərkəzindəki Atatürk məhəlləsində yerli vaxtla saat 18.00 radələrində (Bakı vaxtıyla 20.00) baş verib. Məlumata görə, terrorçular hərbi heyəti daşıyan mikroavtobusun keçdiyi yolda uzaqdan idarə olunan partlayıcı qurğunu işə salıb. Partlayış nəticəsində mikroavtobus və onun müşayiət etdiyi hərbi maşın yanmağa başlayıb.
Qeyd edək ki, ölənlərdən 6 nəfəri hərbçi, 1 nəfər isə partlayış vaxtı yoldan keçən mülki qadın olub. Vəfat edən qadının ağır yaralanan həyat yoldaşı isə xəstəxanaya çatdırılıb.
İlk rəsmi məlumatlara görə, terrorçular hadisəni qaçırdıqları bir avtomobillə törədib. Belə ki, PKK terrorçuları qarət yolu ilə ələ keçirdikləri avtomobili partlayıcı maddə ilə yükləyərək hərbi kortecin keçəcəyi yolda saxlayaraq daha sonra hadisəni törədiblər. Avtomobildə olan 2 nəfəri isə bir müddət girov saxladıqdan sonra azadlığa buraxıblar. Hazırda avtomobildə olan 2 nəfər saxlanılaraq istintaqa cəlb olunublar.
Hadisədən sonra terrorçuların ələ keçirilməsi üçün bölgədə hərbi hava donanmasının da dəstəyi ilə əməliyyatlara başlanılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər