7 yaşındakı qızdan Google-a iş müraciəti - FOTO
21-02-2017, 09:54
Oxunub: 4 793
7 yaşında olmasına baxmayaraq kifayət qədər ağıllı olan Chloe Bridgewater, atasının da dəstəyi ilə Google-a bir məktub yolladı. Google İdarə Heyəti Rəhbəri Sundar Pichai, məktuba şəxsən cavab verdi
7 yaşındakı Chloe Bridgewater, atasının fikirlərindəki çox təsirli bir karyera danışığının ardından, bir çox dahinin ziyarət etdiyi bir səhifəni ziyarət etməyə qərar verdi: Google Karyera səhifəsi
Technote.az bildirir ki, kiçik qız Google-da işləmək üçün hazırladığı tətbiqin bir versiyasını göndərdikdən sonra bir cavab gözlədi. Səliqəsiz və narahat edən avtomatik cavablar yerinə şəxsən, şirkətin CEO-su Sundar Pichai-dən bir məktub aldı.
Google da İdarə Heyəti Rəhbəri və kiçik qız arasındakı əlaqəni təsdiqlədi.
Bridgewater, qızına Google-u başa saldı: "Google-un uğurlu və yaradıcı olduğunu vurğuladım. Buna görə də internetdə tapdığım ofislərinin şəkillərini və etdikləri möhtəşəm şeyləri ona göstərdim."
Kiçik qız, müraciətində hansı iş üçün müraciət etmədiyini səmimi olaraq bildirdi. Atası da ona sonsuz dəstək verdi. Niyəsə bu hadisələr bizə Johny Deep-in baş rolu ifa etdiyi "Çarlinin Şokolad Fabriki" filmini xatırlatdı.
Qarşınızda o hisslərlə dolu məktub:
"Sevgili Google Müdiri,
Adım Chloe-dir və Google ilə iş görmək istəyirəm. Həmçinin bir şokolad fabrikində işləmək və Olimpiadalarda üzmək istəyirəm. Kompüterləri çox sevirəm və oyun oynadığım bir planşetim də var. Atam, sizə iş müraciəti etməmi dedi. Google-da işləsəm, Go-Karta minə bilərmişəm. Atama görə, siz mənə bir tətbiq hazırlama şansı verə bilərimişsiniz. Atam mənə bir gün kompüter alacaq. Müəllimlərim, valideyinlərimə çox istedadlı olduğumu dedilər. Balaca bacım da çox ağıllıdır amma 5 yaşı var və hələ də oyuncaq kuklalarla oynayır. Məktubumu oxuduğunuz üçün təşəkkür edirəm, daha əvvəl də Şaxta Babaya bir məktub yollamışdım. Hələlik."
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər