BolgeXeber.Com » Dünya » Allahın evində cibgirlik edən dələduzlar

Allahın evində cibgirlik edən dələduzlar

2-10-2012, 08:40
Oxunub: 6 098 Təhlükəsizlik kameralarının görüntüləri ilə müəyyən edilən şəxslər daha sonra polis tərəfindən “iş” üstündə yaxalanıb

Türkiyə polisi məsciddə cibgirlik edən şəxsləri yaxalayıb. Hadisə İstanbulun Ümraniyə rayonunda baş verib. Məlumata görə, polis uzun müddətdir məscidlərdə cibgirliklə məşğul olan 3 nəfəri təqib etməyə başlayıb. Təhlükəsizlik kameralarının görüntüləri ilə müəyyən edilən şəxslər daha sonra polis tərəfindən “iş” üstündə yaxalanıb. Şəxslər barəsində dələduzluq maddəsi ilə cinayət işi qaldırılıb.