BolgeXeber.Com » Dünya » Ankara Bəşər Əsədə müharibə elan edir

Ankara Bəşər Əsədə müharibə elan edir

4-10-2012, 16:35
Oxunub: 5 625 Türkiyə parlamenti Suriyaya qarşı hərbi əməliyyatlar keçirməyə imkan verən qərar qəbul edib

Türkiyə Böyük Millət Məclisi bu gün Suriyaya qarşı sərhədyanı hərbi əməliyyatların keçirilməsi üçün mandat verilməsi məsələsini qəbul edib. Bolgexeber.com-un verdiyi məlumata görə, bu addım Suriya ordusunun Türkiyənin Şanlıurfa şəhərini atəşə tutmasına cavab olaraq atılıb.
Xatırladaq ki, dünən Türkiyənin sərhədyanı Şanlıurfa vilayətinin 5 sakini Suriya tərəfdən atılan mərminin yaşayış evinə düşməsi nəticəsində həlak olub.