BolgeXeber.Com » Dünya » 2.5 milyard dolları var, amma evi yoxdur

2.5 milyard dolları var, amma evi yoxdur

6-10-2012, 07:55
Oxunub: 4 231 Berqrun indi evsiz-eşiksizdir və otellərdə yaşayır

Amerikalı iş adamı Nikolas Berqrun dünyanın ən zəngin adamlarından biridir. O, 2,5 milyard dollarlıq sərvət sahibidir. Lakin başqa milyarderlərdən fərqli olaraq, Berqrun evsiz-eşiksizdir.
12 il əvvəl Nyu-Yorkdan tutmuş, Birləşmiş Ştatların başqa bütün böyük şəhərlərindəki lüks malikanələri, villaları, mənzil və apartamentlərini, avtomobillərini, Mayami yaxınlığındakı adasını, ziynət əşyalarını, hətta bahalı paltarlarını satan Berqrun 1,4 milyard dollar əldə edərək, həmin pulları xeyriyyə təşkilatlarının hesabına keçirib. Berqrun indi evsiz-eşiksizdir və otellərdə yaşayır.
Zəngin həyat tərzindən və dəbdəbəli əşyalardan əsla xoşlanmadığını, sadə və minimalist yaşamı sevdiyini deyən Berqrun əlində qalan pulunu sosial yardım, habelə təhsillə bağlı layihələrə və proqramlara xərcləyir. O, bildirib ki, sahib olduğum hər şey müvəqqətidir. Mal, mülk əsla önəmli məsələ deyildir. Dəyərli olan əməllərimizdir.
Berqrun artıq 12 ildir ki, dünyanı dolaşır, beşulduzlu otellərdə qalır.
Berqrunun bütün əşyaları bir anbara yığılıb. Onun indi yalnız 10 köynəyi, 5 cüt ayaqqabısı, 3 kostyumu, bir paltosu, iki gödəkçəsi və bir mobil telefonu vardır.
Berqrun deyib ki, bahalı əşyalardan yalnız reaktiv təyyarəsi var ki, o da sürətlə səyahət etmək üçündür: "Təyyarə mənim adıma deyil. Onu 4 il əvvəl leykemiya xəstəsi olan uşaqlara yardım fonduna bağışlamışam və o vaxtdan bəri təyyarədən istifadə üçün həmin fonda icarə haqqı ödəyirəm".
Berqrunun sahib olduğu investisiya fondu ildə 5 milyard dollar qazanır. Həmin pulların istisnasız olaraq hamısı xeyriyyə və sosial proqramlara xərclənir.