BolgeXeber.Com » Dünya » Əfsanəvi aktyorun ölüm səbəbi açıqlandı - "Nə qədər sevildiyimi yasımda görəcəksiniz"
Əfsanəvi aktyorun ölüm səbəbi açıqlandı - "Nə qədər sevildiyimi yasımda görəcəksiniz"
1-04-2017, 12:50
Oxunub: 4 110
Ötən gün Türk kinosunun əfsanəsi Halit Akçatepe Türkiyə vaxtı ilə saat 14.40-da dünyasını dəyişib
Milli.Az "gazetevatan"a istinadla bildirir ki, onun ölüm səbəbi ilə bağlı xəstəxanadan ilk açıqlama gəlib.
Xəstəxanadan bildirilib ki, uzun müddətdir müalicə alan 79 yaşlı aktyor infarkt keçirdiyinə görə vəfat edib.

"Son iki ildir evdə müalicə alırdı. Anidən evdə halı pisləşdiyinə görə, tibb bacısı ambulans çağırıb. O, xəstəxanaya çatdırılanda artıq nəbzi zəifləmişdi. Təxminən 45 dəqiqə ona müdaxilə edilsə də, 14:40-da həyatını itirdi".

Halit Akçatepe "Hababam Sınıfı" komediya filmindəki "Güdük Necmi" obrazı ilə insanların sevgisini qazanıb.

Onun ölümü çoxlarını yasa boğub. Türkiyənin bütün məşhurları onun ölümü ilə bağlı kədərli olduqlarını sosial şəbəkədə dilə gətiriblər.

Bütün bunlar onun 2014-cü ildə dediyi sözü ağıla gətirib. Belə ki, o, üç il öncə jurnalistlərin "nə qədər sevilirsiniz?" sualına, "nə qədər sevildiyimi yasımda görəcəksiniz", - deyə cavab vermişdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər