BolgeXeber.Com » Dünya » Suriyada Əsəd rejimindən insanlıq cinayəti - kimyəvi hücum nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb
Suriyada Əsəd rejimindən insanlıq cinayəti - kimyəvi hücum nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb
5-04-2017, 14:26
Oxunub: 3 851
Suriyanın İdlib əyalətində kimyəvi hücum nəticəsində həlak olanların sayı 72 nəfərə çatıb
Britaniyada yerləşən İnsan Haqlarının Müdafiəsi üzrə Monitorinqin Suriya Mərkəzi ölənlər arasında 20 uşağın və 17 qadının olduğunu bildirib.
Bolgexeber.com xəbər verir ki, hüquq müdafiəçiləri hadisə nəticəsində itkin düşənlər olduğundan həyatını itirənlərin sayının artacağını güman edirlər.
Xatırladaq ki, aprelin 4-də səhər saatlarında Xan-Şeyhun şəhəri ağır bombardmana məruz qalıb. Suriyalı fəalların verdiyi məlumata əsasən, ölkənin şimal-qərbində yerləşən şəhərə ya hökumət qüvvələri, ya da Rusiyaya məxsus aviasiya hücum edib. Bombardmanın ardından insanlar boğulmağa və qusmağa başlayıb, bəzilərinin ağzından köpük gəlib.
TASS informasiya agentliyinin yaydığı xəbərdə bildirilir ki, Rusiya və Suriya hərbçiləri insidentdə iştiraklarını təkzib ediblər. Bir müddət sonra RF Müdafiə Nazirliyi Xan-Şeyhunun şərq ətrafına Suriya aviasiyasının zərbə endirdiyini açıqlayıb. Rusların məlumatına əsasən, bombardman nəticəsində yaraqlıların zəhərli maddələrdən istifadə etməklə silah-sursat hazırladıqları sex dağılıb.
Britaniya və Fransa İdlib əyalətində kimyəvi silahdan istifadə olunmasını qınayan qətnamə layihəsini BMT-nin Təhlükəsizlik Şurasına çıxarıb. Təhlükəsizlik Şurası Xan-Şeyhun şəhərindəki insidentlə bağlı bu gün axşam saatlarında açıq iclas keçirəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər