Günün qoroskopu: Bu taleyinizdə yeni mərhələyə səbəb ola bilər
8-04-2017, 10:43
Oxunub: 4 228
Əkizlər - yanınızdakı insanlardan birinin sizin diqqətinizə və yardımınıza ehtiyacı var
Qoç - çoxdan bələd olduğunuz nəsnələrin əslində indiyədək bəlli olmayan yönlərini anlamağa, görməyə çalışın. Axşam saatlarında sevimli insanı kiçik hədiyyə ilə sevindirin.
Buğa - səmimiliklə müqayisədə sükut indi daha üstündür. İllah da ki, bütün umu-küsü və ya münasibətlərin dayandırılması forması pis sayıla bilməz.
Əkizlər - yanınızdakı insanlardan birinin sizin diqqətinizə və yardımınıza ehtiyacı var. Son günlərin gərginliyi bu gün yeni ideya və pozitiv informasiya nəticəsində azalacaq.
Xərçəng - soyuqqanlı davranın, emosiyalara əsir düşməyin. Mühüm məsələlərin həlli ilə məşğul olun, danışıqlar aparın. Konkret nəticəyə nail olmağa can atın, verilən vədin unudulmamasını tələb edin.
Şir - bu gün yaxın ətrafınızdakı insanlarla səmimi olmağa, deyib-gülməyə çalışsanız da, sizi anlamayacaqlar. Hər yerdə, bütün işlərdə birinci olmağa çalışmayın.
Qız - zəngin yaradıcı düşüncəni praktikliklə əvəzləyin. Yanınızda etibarlı tərəfdaş, dost və ya şərik olsun. Təmaslarda sakitlik və xoş mərama riayət edin.
Sizə dönənlərə diqqətli olun. Köhnə əlaqələr və hisslər taleyinizdə yeni mərhələyə səbəb ola bilər.
Tərəzi - zahirən hər şey əladır. Amma sizin üçün önəmli olan münasibətlərdə pərişan ola bilərsiniz. Hələlik heç nəyi aydınlaşdırmağa, dəyişməyə və ya tələsdirməyə çalışmayın.
Əqrəb - baş verənləri diqqətlə izləyin, önəmli münasibətlərdə tarazlığı qoruyun. Hadisələr ərəfəsində gələn siqnallara qulaq asın. Görüş və səfəri planlaşdırın, informasiya axtarışı ilə məşğul olun.
Oxatan - kurs dəyişikliyi, hansısa münasibətə yeni baxış da mümkündür. Sizin üçün mühüm məsələ qəflətən həllini tapacaq, bir problem başqasının hesabına çözüləcək.
Oğlaq - həftə başlanandan bəri yeniliklər və sürprizlərin ardı-arası kəsilmir. Münasibətlərdə kəskinliyə yol verməmək və işlərdə anlaşılmazlıqların qarşısını almaq üçün səmimi olun. Bu gün mühüm söhbət və ya informasiyanın başqa yolla əldə edilməsi istisna deyil.
Dolça - günün narahatlığı, işin gərginliyinin müqabilində yaxşı pul əldə etsəniz, rahatlaşacaqsınız. Kiməsə yardım etmək, başqasının işini görmək ehtiyacı yarana bilər. Axşam saatlarında özünüzə diqqət yetirin. İmicinizin yaxşılaşdırılması yollarını düşünün.
Balıqlar - çox rahat gündür. Məhsuldarlığa nail olmaq istəsəniz, diqqətinizi daha çox cəmləməli, aktiv çalışmalısınız. Sizə maraqlı gələn işlə məşğul olmasanız, rəqibi qabaqlamağa can atın.
Milli.Az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər