BolgeXeber.Com » Dünya » Günün qoroskopu: Qidanıza fikir verin

Günün qoroskopu: Qidanıza fikir verin

10-04-2017, 09:12
Oxunub: 2 666 Günün qoroskopu: Qidanıza fikir verinƏKİZLƏR – Davranışlarınızı elə tənzimləyin ki, kiminsə gözündə kiçilməyəsiniz

QOÇ – Yorulmaq bilmədən çalışın ki, digər işləriniz də sürətlənsin. Fəaliyyətlə bahəm, münasibətlər sisteminə də fikir verməlisiniz. Əmin olmadığınız hansısa məsələ barədə riskə getməyin.

BUĞA – Hər məsələdə müəmma axtarmayın. Bütün addımlarınızı reallığa uyğun tərzdə atın. Gün ərzində sağlamlığınıza diqqəti artırın. Bələd olmadığınız heç bir işə qol qoymayın.

ƏKİZLƏR – Davranışlarınızı elə tənzimləyin ki, kiminsə gözündə kiçilməyəsiniz. Əgər kimlərəsə ürəyinizdən keçən müsbət fikirləri demək istəyirsinizsə, qətiyyən tərəddüd etməyin. Qidanıza fikir verin.

XƏRÇƏNG – Astroloji göstəricilər maraqlı bir mənzərə yaşayacağınızı proqnozlaşdırır. Həm hadisələr, həm də görüşdüyünüz adamlar sizin üçün əhəmiyyətli ola bilər. Amma sağlamlığınızı qorumalısınız.

ŞİR – İş müstəvisində yeni layihələrə imza atmaq istəyirsinizsə, bu gündən yaxşısını tapmayacaqsınız. Odur ki, bütün gücünüzü ortalığa qoymalı, boşuna vaxt itirməməlisiniz. Uzaq səfərə çıxmayın.

QIZ – Ətrafınızda baş verən proseslərdən sizə heç bir zərər gəlməyəcək, əksinə bəzi mövqelərinizə bir az da yaxınlaşacaqsınız. Bugünkü danışıqlardan imtina etməyin, çox pul xərcləməyin.

TƏRƏZİ – Naharaqədərki vaxtı səbrlə başa vursanız, hər hansı konfliktə getməsəniz, qarşınızda duran bu tarix sizi xeyli məmnun edəcək. Fəaliyyətinizdə müsbət dönüşlər də mümkündür.

ƏQRƏB – Bəzi gərginliklərdən keçməli olsanız da, risk etməməklə hər hansı zərərlə üzləşməyəcəksiniz. İnsanlarla, xüsusən də müdiriyyətlə ehtiyatlı davranın, kimlərinsə özəl həyatına qarışmayın.

OXATAN – Qarşınızda təzadlı bir gün durur. İştirakçısı olduğunuz proseslər ən müxtəlif istiqamətlərdə cərəyan edəcək. Situasiyaya uyğun davranmaqla uğurları cəlb edə bilərsiniz.

OĞLAQ – Daxili tərəddüdləriniz bu təqvimdən etibarən əriməyə başlayacaq. Sizi narahat edən əksər müşküllərə işıq düşəcək. Bu səbəbdən də hər bir şansa hazır olmalısınız. Sevgi hisslərinizi gizlətməyin.

SUTÖKƏN – Bu gün üzərinizə düşən başlıca vəzifə qarşılıqlı münasibətləri qaydasına salmaqdır. Ünsiyyətdə olduğunuz hər kəslə anlaşıqlı davranın. Günün ikinci yarısı qazanmaq ehtimalınız da var.

BALIQLAR - Hər mənada uğurlu gündür. Göy qübbəsi müdafiənizdə durduğu üçün ovqatınız xoş olacaq. Günün ikinci yarısında şəxsi büdcənizi artırmaq üçün şans qazanacaqsınız. Vaxt tapıb ziyarətə baş çəkin.