Fahişəlik etmək istəməyən ananın "qisasinı" oğlundan aldılar
19-10-2012, 14:50
Oxunub: 4 303
Türkiyənin Mersin vilayətində törədilən cinayət ölkəni lərzəyə salıb
Mersin şəhərindəki fahişəxanalardan birinin sahibi M.Ş.Ç orada çalışan və məruz qaldığı vəhşiliklərdən qurtulmaq üçün qaçan S.K. adlı qadından "intiqam" alıb.Milli.Az Milliyet-ə istinadən bildirir ki, M.Ş.Ç. adamlarını həmin qadının oğlunun yaşadığı mənzilə yollayıb. O şəxslər də S.K-nın 11 yaşlı oğlunu döyərək ona təcavüz ediblər.Polisdən verilən məlumata görə, 32 yaşlı S.K. ötən il fahişəxanadan qaçmış, bu "iş"lə vidalaşmaq istəmişdi.
Lakin onun "şef"i M.Ş.Ç. qadının bu "özbaşınalığı"nı cəzalandırmaq istəyib.O, S.K.-nın 11 yaşlı oğluna təcavüz etdirəndən sonra biçarə ana polisə üz tutub.Qadını qorxutmaq və şikayət ərizəsini geri götürməyə vadar etdirmək üçün M.Ş.Ç. adamlarına S.K-nın və oğlunun olduğu maşını gülləbaran etmək əmri verib.Polis maşını güllələyən 3 nəfəri tutub. M.Ş.Ç isə aradan çıxaraq qaçıb. O, axtarışdadır.S.K.-nın dediyinə görə, "işlədiyi" fahişəxanadan ötən il qaçıb, Mersini tərk edərək İstanbula yollanmışdı. 11 yaşlı oğlu B.K.-nı isə tanış qadınlardan birinin yanında qoyan S.K. az sonra övladını yanına aparmaq fikrində idi.Fəqət, M.Ş.Ç. 11 yaşlı uşağın harada olduğunu öyrənib və uşağı girov götürüb.
Bundan sonra o, S.K.-nın tanışı olan qadına: "O it dönməsə, oğlunun başını kəsəcəyəm!" - deyib.S.K. dərhal Mersinə qayıdıb və polisə şikayətlənib.Polis xüsusi əməliyyat keçirib və girov götürülmüş 11 yaşlı oğlan azad edilib.Lakin az sonra S.K. oğlunun daim kefsiz, bədbin, özünə qapanmış olduğunu, tez-tez ağlamasını görüb.O, səbəbini soruşanda isə uşaq M.Ş.Ç-nın adamları tərəfindən dəfələrlə təcavüzə məruz qaldığını deyib.M.Ş.Ç. artıq 9 aydır ki, axtarışdadır."O adamı mütləq tutacağıq. Çünki əməlinin cavabı var. Bunun bir adı var - şərəfsizlik!" - polis zabitlərindən biri deyib.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər