BolgeXeber.Com » Dünya » Azərbaycanlılar Hollandiyada kabab üstündə dalaşdılar - VİDEO (YENİLƏNİB)

Azərbaycanlılar Hollandiyada kabab üstündə dalaşdılar - VİDEO (YENİLƏNİB)

24-04-2017, 18:24
Oxunub: 2 829 Azərbaycanlılar Hollandiyada kabab üstündə dalaşdılar - VİDEO (YENİLƏNİB)Niderland Krallığında azərbaycanlılar arasında dava düşüb

"Report"un məlumatına görə, hadisə krallığınVestervoort şəhərində keçirilən toy mərasimində baş verib.
Hadisə zamanıPolad Məmmədov adlı azərbaycanlı 5 bıçaq zərbəsi alıb. O, helikopter vasitəsilə hospitala çatdırılıb. Ürək nahiyəsindən bıçaqlanmış yaralının vəziyyətinin ağır olduğu bildirilir.
***
Hadisənin təfərrüatına gəldikdə,toy mərasimində qonaq kimi iştirak edən P.Məmmədovun stoluna restoranın ofisiantı kabab gətirib. P.Məmmədov kababın yaxşı bişmədiyini və yandığını deyərək ofisiantla mübahisə edib. Restoranın məsul şəxlərindən biri, hələlik adı açıqlanmayan azərbaycanlı P.Məmmədovla mübahisə edib. Daha sonra onlar mübahisəni davam etdirmək üçünrestoranın yaxınlığındakıparka gediblər. Mübahisə zamanı həmyerlisi P.Məmmədova 5 bıçaq zərbəsi vurub.
Onu bıçaqlayan şəxs saxlanılıb.
Qeyd edək ki, P.Məmmədov Azərbaycanın keçmişbaş naziri Surət Hüseynovun cangüdəni olub.