Ən müxtəlif işlər üçün uğurlu gündür - BÜRCLƏR
1-05-2017, 10:02
Oxunub: 5 938
Qoç - ən müxtəlif işlər üçün uğurlu gündür. Həmfikir və müttəfiqlər tapmaq çətin deyil. Hətta ən cəsarətli ideyalarınız dəstəklənəcək
Buğa - yaradıcı potensialınız çox yüksəkdir və köhnə problemlərin qeyri-standart həllərini tapacaqsınız. Mənfəətli anlaşmlara nail olmaq, habelə böyük gəlir əldə etmək imkanları var.
Əkizlər - şəxsi həyatda yaxşılığa doğru ciddi irəliləyişlər və yeniliklər istisna deyil. Qəfil hadisələr pozitiv məcradadır. Dostlarla görüş və qonaq qəbulu üçün pis gün deyil.
Xərçəng - yeni işə başlamaq olar. Məqsədə çatmaq üçün optimal yol seçin, bütün mümkün vasitələrdən yararlanmağa çalışın. Uzun səfərlərdən imtina edin, yolda və sükan arxasında ehtiyatlı olun.
Şir - asan və rahat gündür. Bir neçə xoş xəbər alacaqsınız. Köhnə dostlardan ismarıc istisna deyil. Bir zamanlar məhsuldar əməkdaşlıq etdiyiniz şəxslər özlərini xatırlada bilərlər.
Qız - köhnə əlaqələri bərpa etmək olar. İşgüzar əlaqələrin yenidən gündəmə gətirilməsi çətin olacaq. Romantik münasibətlərdə əvvəlki səhvləri təkrarlamayın.
Tərəzi - İstənilən işə həvəslə, maraqla başlasanız, tapşırığın öhdəsindən gələ bilərsiniz. Alış-veriş üçün sərfəli vaxtdır. Xərclədiyiniz pullara heyfiniz gəlməyəcək. Səfər uğurlu alınacaq.
Əqrəb - çoxsaylı kiçik çətinliklər yaranacaq ki, onlar da sizi sinirləndirəcək, qıcıqlandıracaq. Səfər və ya ezamiyyətdən imtina edin, fiziki işləri azaldın.
Oxatan - səhhətinizdə kiçik problemlər olacaq. Başağrısı və yuxusuzluq istisna deyil. Rasionunuza fikir verin, riskli işlərə və avantüralara qatılmayın.
Oğlaq - uğurlu gündür. Fəal və enerjili olun. İşlərin öhdəsindən sürətlə gəlin, ideyalarınızı reallaşdırmaq və planlarınızı həyata keçirmək üçün həmfikirlər tapın.
Dolça - yeni tanışlar sizi bəyənəcəklər. Köhnə tanışlarla ünsiyyətiniz yaxşı olacaq. Maraqlarınızı qoruyanda kimsənin xətrinə dəyməyin, pərişan etməyin. Günün ikinci yarısı o qədər də uğurlu deyil.
Balıqlar - günün ilk yarısı işlərlə şəxsi münasibətlərdə problemlərin həlli üçün yararldır. Ünsiyyət, birgə layihələrin həyata keçirilməsi, müxtəlif görüşlərdə xeyir var.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər